Almaniya razılıq verdi - Polşa Ukraynanı “Leopard” tankları ilə təmin edə biləcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, üçüncü ölkələrin Ukraynaya “Leopard 2” tanklarını tədarük etmək qərarına müdaxilə etməyəcək.

“Hazırda sual verilməyib, amma bizə verilsəydi, biz mane olmazdıq”, - deyən Berbok Fransanın LCI televiziya kanalına açıqlqamasında deyib. 

“Der Spiegel” yazır ki, ötən həftə, yanvarın 18-də Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Bundestaqda keçirilən iclasda da Berlinin alman tanklarını Kiyevə ötürmək istəyən üçüncü ölkələrin sorğularını təsdiqləyəcək.

Almaniya qanunlarına görə, digər ölkələr alman istehsalı olan silahları Berlinin razılığı olmadan döyüş bölgələrinə göndərə bilməz.

Ukrayna hakimiyyəti uzun müddətdir ki, Qərb müttəfiqlərindən “Leopard 2” də daxil olmaqla, Kiyevə tankları təhvil verməyi xahiş edir. Bir sıra NATO ölkələri, o cümlədən Polşa tanklarını təhvil verməyə hazır olduqlarını bildiriblər, lakin bunun üçün Almaniyadan icazə lazımdır. Ukraynanın müttəfiqləri yanvarın 20-də Ramşteyn bazasında keçirilən görüşdə tankların tədarükü məsələsini müzakirə ediblər, lakin bir qərara gəlməyiblər. Bundan sonra Polşa Almaniyanın Kiyevə “Leopard 2” tankları verməyə razı olmadığı təqdirdə Ukraynanı dəstəkləmək üçün “kiçik koalisiya” yaratmağa hazır olduqlarını açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ