Baydenin evində məxfi sənədlər tapılıb

Federal Təhqiqat Bürosu (FTB) ABŞ prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində axtarış apararkən altı məxfi sənəd tapıb. Bu barədə CNN dövlət başçısının vəkili Bob Bauerə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, axtarışlar ötən cümə günü, yanvarın 20-də aparılıb və təxminən 13 saat davam edib. Müsadirə edilən sənədlər Baydenin Senatda və ABŞ-ın vitse-prezidenti kimi işlədiyi dövrə aiddir. Axtarış zamanı prezidentin özü evdə olmayıb.

Bundan əvvəl ABŞ mediası Baydendən tapılan məxfi sənədlər barədə artıq iki dəfə ​​məlumat yayıb - onun Vaşinqtondakı Penn-Bayden Diplomatiya və Qlobal Münasibətlər üzrə Analitik Mərkəzindəki şəxsi ofisində və Vilminqtondakı evinin qarajında. Qanuna görə, prezident sənədləri saxlamaq üçün Milli Arxivə təhvil verməli idi.

ABŞ Baş prokuroru Merrik Qarland, Robert Huru Baydenin evində məxfi sənədlərin tapılmasını araşdırmaq üçün xüsusi müşavir təyin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ