“Ukrayna ümumiyyətlə sağ qalacaqmı?” - Zelenskinin keçmiş müşaviri

Ukrayna prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Oleksiy Arestoviç Ukraynanın Rusiya ilə münaqişədə məğlub ola biləcəyini etiraf edib. O, Youtube kanalında belə bir ssenarinin riski barədə xəbərdarlıq edib.

“Mən artıq qeyri-rəsmi adamam, istədiyimi deyə bilərəm. Hər kəs müharibədə qalib gələcəyimizə zəmanət verdiyimizi düşünür, lakin ayın 14-dən etibarən belə deyil”, - deyə o bildirib.

Arestoviçin fikrincə, Kiyev Polşa prezidenti Anjey Dudanın Ukraynanın yoxa çıxması riski ilə bağlı sözlərinə qulaq asmalıdır. O, həmçinin əlavə edib ki, hazırda Ukraynada hakimiyyət uğrunda mübarizə başlayıb və bu, tez bir zamanda məğlubiyyətə gətirib çıxara bilər: “Tarix artıq fırlanır, biz buna nəzarət etmirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ