Xəzər dənizinin Dağıstan sahillərində yenidən suitilərin kütləvi ölümü aşkarlanıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilir ki, bir neçə gün ərzində tapılan cəsədlərinin sayı 50-ni keçib. İlkin ehtimallara görə, “Qırmızı Kitab”a düşən bu heyvanların ölümü yoluxucu xəstəliklər və viruslarla əlaqəlidir.
Qeyd edək ki, daha əvvəllər də Xəzər sahilində ölü suitilər aşkarlanıb.