Ukraynada döyüşən “Vaqner” üzvlərinin sayı açıqlanıb

Britaniya hərbi kəşfiyyatının məlumatına görə, Ukraynada “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) komandanlığı altında 50 minə qədər adam var.

Bu barədə Britaniya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı gündəlik icmalında bildirir.

Məlumata görə, “Vaqner” ÖHŞ “Ukrayna kampaniyasının əsas komponentinə” çevrilib.

2022-ci ilin dekabrında ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də oxşar qiymətləndirmə ilə çıxış edib. Onun sözlərinə görə, “Vaqner” qrupunun 50 min döyüşçüsündən 40 mini keçmiş məhbuslardır. O qeyd edib ki, “Vaqner” qrupları Rusiya hərbçiləri ilə rəqabət aparır.

27 dekabr 2022-ci ildə Rusiyada “Vaqner” adında ilk şirkət qeydiyyata alınıb. “Vaqner ÖHŞ Mərkəzi”  səhmdar cəmiyyəti Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə daxil edilib. Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, şirkətin qeydiyyata alınması “daha ​​çox şöhrət qazanan təşkilatı qanuniləşdirmək” məqsədi daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ