Nazarbayev xəstəxanaya yerləşdirildi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib, onun ürəyindən əməliyyat olunacağı ehtimalı var.

Bu barədə KazTAQ qazaxıstan media meneceri Aleksandr Aksyutitsə istinadən xəbər verir.

“Mənbələrim Nursultan Nazarbayevin Astanadakı xəstəxanalardan birinə yerləşdirildiyini bildirib. O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, cərrahi müdaxilə ola bilər”, - Aksyutits bildirib.

Yanvarın 12-də Qazaxıstan senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev Nazarbayevin fəxri senator statusundan məhrum edildiyini açıqlayıb. Daha sonra Qazaxıstan parlamentinin deputatları respublikanın keçmiş rəhbərinin imtiyaz və səlahiyyətlərinə aid olan “Qazaxıstan Respublikasının ilk prezidenti - Elbası (millət lideri) haqqında” qanunu qüvvədən salıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ