Rusiya Ukraynaya T-14 Armata tanklarını göndərməyi planlaşdırır

Rusiya çox güman ki, döyüş bölgəsinə ən son T-14 Armata tanklarını göndərmək niyyətindədir, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı müharibə ilə bağlı gündəlik icmalında yazır.

2022-ci ilin dekabr ayının sonunda bu tanklar Rusiyanın cənubundakı təlim poliqonlarından birindən çıxarıldı və rus ordusu Ukraynaya göndəriləcək qüvvələrin hazırlanmasında istifadə edir. Bundan bir qədər əvvəl hökumətyönlü media Armatanı Ukraynaya göndərmək planlarından yazmışdı. T-14-lərin yanvarın ortalarına qədər Ukraynaya göndərilib-göndərilmədiyi məlum deyil.

İcmal müəllifləri qeyd edirlər ki, T-14-lərin Ukraynada hər hansı yerləşdirilməsi Rusiya üçün yüksək riskə səbəb ola bilər. "Armata"nın inkişafı 11 il çəkdi və istehsalda gecikmələr və çətinliklərlə müşayiət olundu, Britaniya Müdafiə Nazirliyi xatırladır. Bundan əlavə, T-14-ün döyüş bölgəsinə göndərilməsi digər rus tanklarından daha böyük və ağır olduğundan təchizat zəncirlərinin uyğunlaşdırılmasını tələb edəcək.

Əgər Rusiya T-14-ləri yerləşdirərsə, böyük ehtimalla, bu, ilk növbədə təbliğat məqsədləri üçün ediləcək, Britaniya Müdafiə Nazirliyi belə tankların az istehsal olunduğunu və komandirlərin Armata ilə kifayət qədər tanış olmadığını vurğulayəb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ