Lavrov: Laçın yolu ilə bağlı məsələ yaxın zamanlarda həll olunacaq

“Dünən, ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş keçirilib”.

Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Onun sözlərinə görə, görüşdə Rusiya sülhməramlı kontingentinin komandanlığı da iştirak edib: “Düşünürəm ki, Laçın yolu ilə bağlı məsələ yaxın zamanlarda həll olunacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ