Qreta Tunberq Almaniyada saxlanılıb - foto

Almaniya polisi Luserat kəndində kömür mədəninin genişləndirilməsinə qarşı etiraz aksiyasında iştirak edən 20 yaşlı ekofəal Qreta Tunberqi saxlayıb.

Bu barədə Reuters məlumat yayıb.

RWE enerji şirkəti “Garzweiler” kömür mədənini genişləndirmək üçün bu kənddəki evləri sökməyi planlaşdırır.

Polis rəsmiləri bildiriblər ki, Tunberq buldozerlərin işə başladığı mədən kənarında oturaq aksiya keçirən digər fəallarla birlikdə saxlanılıb. Onların hamısı polis bölməsinə aparılsa da, bir neçə saatdan sonra buraxılacaqlarını bildiriblər. Fəallar Almaniyanı artıq kömür hasil etməməyə, müasir bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət yetirməyə çağırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ