Putin səfərbərliyin ikinci dalğasını elan edə bilər - ISW

Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin səfərbərliyin ikinci dalğasını elan edəcək.

Bu barədə Müharibə Araşdırma İnstitutu (ISW) məlumat yayıb.

“Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. Müharibə tərəfdarı olan bəzi rusiyalı bloggerlər onun bu fürsətdən ya səfərbərlik, ya da Ukraynaya müharibə elan etmək üçün istifadə edəcəyini qeyd ediblər. Ukrayna və Qərb kəşfiyyatı da Putinin yanvarın ortalarına planlaşdırılan səfərbərlik fəaliyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq edib”, - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ