Kadırov: Düyməni basa bilərik və salam aleykum

Rusiya heç bir hərbi münaqişədə uduzmaya bilər, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişədə uduzmağa tab gətirə bilməz.

“Biz düyməni basa bilərik və salam aleykum. Prezidentimizin dediyi kimi: Rusiyasız dünya bizə niyə lazımdır? Mən bu şeytanların yaşamasını istəmirəm və biz getdik”, - Kadırov bildirib.

Rusiya prezidenti Vladimir Putinə istinadən Kadırov bildirib ki, Rusiyanın digər xalqları ilə birlikdə ruslar da cənnətə, Rusiyanın düşmənləri isə cəhənnəmə gedəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ