Fuad Abbasov müraciət yaydı: Tez sevindiniz - VİDEO

İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov Moskva aeroportundan video-müraciət yayıb.

Buta.media xəbər verir ki, F.Abbasov müraciətində onun Rusiyadan deportasiya olunması, evində axtarış aparılması barədə yayılan məlumatlara bir daha aydınlıq gətirib və bütün bunların yalan olduğunu deyib.

F.Abbasov bildirub ki, rəqibləri vaxtından əvvəl sevinib.

Heç bir problem olmadan Moskva aeroportundakı Sərhəd Xidməti əməkdaşlarının yoxlamasından keçdiyini vurğulayan F.Abbasov yenidən “cəbhəyə” qayıtdığını vurğulayıb və Azərbaycana qarşı olan qüvvələrlə mübarizəsinin davam edəcəyini bildirib.

Qeyd edək ki, F.Abbasov ailə məsələləri ilə bağlı Azərbaycanda olarkın onun Moskvadakı evində axtarış aparıldığı, ölkədən deportasiya olunması ilə bağlı qərar verildiyi haqda məlumat yayılmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ