Putin Ərdoğana şikayət etdi

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiya-Türkiyə əməkdaşlığının hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər. Müzakirə mövzularına enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması daxildir.

Həmçinin Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib.

Söhbət zamanı Rusiya lideri Kiyevdən şikayət edib. O qeyd edib ki, Ukrayna Qərbin dəstəyi ilə hərbi əməliyyatların intensivləşməsinə arxalanıb və bu ölkəyə hərbi texnika və silah tədarükünün həcmini artırır.

“Kiyevin ikiüzlü siyasətinin nümunəsi pravoslav Milad dövrü üçün atəşkəsin dayandırılması təklifinin rədd edilməsidir”, - söhbətdən sonra bəyanatda deyilir.

Bundan əlavə, Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ