Rusiyanın Ukraynaya yeni böyük hücumu - iki ssenari

Rusiya hakimiyyətinin Ukraynaya qarşı uzunmüddətli müharibə üçün şərait yaratmaq səyləri 2023-cü ildə mümkün həlledici strateji hərəkətlərə hazırlığı istisna etmir, söhbət mümkün növbəti böyük hücumdan gedir. Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri yeni hesabatlarında bildiriblər.

Ekspertlər qeyd ediblər ki, “Kremlin 2023-cü ildə mümkün həlledici strateji hərəkətlərə hazırlaşmaq üzrə hərəkətləri uzun sürən müharibə üçün şərait yaratmaq səylərini istisna etmir. ISW Rusiyanın Ukraynadakı müharibədə qalib gəlmək üçün “son cəhdini” proqnozlaşdırmır. Müharibə bitməyəcək”.

Birinci ssenariyə görə, 2023-cü ildə Rusiya qoşunları Luqansk vilayətində böyük hücuma keçməyə cəhd edə bilər. ISW hesabatına görə, Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsi Kremlin rəsmi hərbi məqsədləri olaraq qalır və maddi-texniki baxımdan Donetsk və Luqansk bölgələri “Rusiya Federasiyasının əldə edə biləcəyi daha asan olduğu ərazilərdir”.

Eyni zamanda, ekspertlər hesab edir ki, RF qoşunlarının Xerson və ya Zaporojye vilayətlərində hücum əməliyyatı keçirməsi ehtimalı azdır. Dnepr çayı Xerson vilayətində cəbhə xəttini ayırır və manevr üçün ciddi maneədir.

İkinci ssenariyə görə, rusiyalılar Ukraynanın əks-hücumunun qarşısını almaq üçün üçün müdafiə əməliyyatı hazırlayacaqlar. 2022-ci ilin sonunda Rusiya Federasiyası Xerson istiqamətindən Luqansk vilayətinə hərbi hissələri köçürdü və Luqansk vilayətində, eləcə də Rusiyanın Belqorod və Kursk vilayətlərində səhra istehkamları yaratdı. Ukrayna qüvvələri 2023-cü ildə əks-hücum keçirməyi hədəfləyir ki, bu da heç kimə sirr deyil. Rusiya Donbassda işğal olunmuş ərazilərin təhlükəsizliyini təmin etməyə və Xarkov vilayətində dağılma və ya Xersondan geri çəkilmə kimi daha bir mühüm məğlubiyyətdən qaçmağa çalışır.

ISW analitikləri hesab edirlər ki, rusiyalılar Ukraynanın əks-hücumunun qarşısını uğurla almaq və mexanikləşdirilmiş Ukrayna qüvvələrinin böyük bir hissəsini məhv etməklə Ukraynanın təşəbbüsünü qırmaq istəyirlər. Uğurlu olarsa, rusiyalılar “mütəşəkkil olmayan və tükənmiş Ukrayna qüvvələrini məhv etmək üçün əks-hücum hazırlaya bilər”.

ISW əlavə edib ki, Rusiya qoşunları böyük bir hücum əməliyyatına hazırlaşa bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ