Putin yarım milyon rusiyalını səfərbər etməyə hazırlaşır - The Times

Rusiya prezidenti Vladimir Putin yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır, bu müddət ərzində 500 minə qədər insan cəbhəyə göndərilə bilər. 

Bu barədə Qərb kəşfiyyatına istinadən The Times məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar bir neçə həftə ərzində veriləcək və aprelə qədər yarım milyona qədər insan “yeni genişmiqyaslı hücuma başlamaq üçün” cəbhəyə göndəriləcək.

“Rusiyanın regional hərbi komissarlıqlarında ciddi hazırlıq gedir. Kreml qapalı sorğu keçirib. Rusiya vətəndaşları müharibədən narahatdırlar, lakin onlar da məğlubiyyətə dözmək istəmirlər”, - nəşr adının açıqlanmasını istəməyən məmurdan sitat gətirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ