Yanvarın 14-də səhər saatlarında Kiyevdə hava həyəcanı elan edilib. Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirill Timoşenko paytaxtın kritik infrastrukturuna raket hücumu edildiyini açıqlayıb.
Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, şəhərin Qoloseyevski rayonunda raket parçaları qeyri-yaşayış ərazisinə düşüb. Kiyev şəhər hərbi administrasiyasının ilkin məlumatlarına əsasən, infrastruktur obyektinə zərbə endirilib. Elektrik enerjisinin kəsilməsi barədə məlumatlar var.