Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya tank eskadrilyası göndərmək qərarına gəlib. Bu barədə The Independent məlumat yayıb.
Nəşrin məlumatına görə, dörd “Challenger 2” tankı - Krallığın quru qoşunlarının əsas döyüş tankları Şərqi Avropaya göndəriləcək. Onların ardınca daha səkkiz zirehli maşın gələcək.
“Downing Street”dəki mənbə bildirib ki, Sunak qərarını şənbə günü Ukrayna prezidenti Volodimir Zelenskiyə açıqlayacaq.
“Baş nazir açıq şəkildə bildirdi ki, Böyük Britaniya Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməlidir və bura müdafiə üçün lazımi avadanlıqların tədarükünü təmin etmək və döyüş meydanında balansı bərpa etmək daxildir”. Onun fikrincə, bu tanklar “itirilmiş ərazilərin Kiyevə qaytarılmasına kömək edəcək”.