Putinin qızlarının gəlirləri açıqlandı

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova 2021-ci ildə 9,6 milyon rubl, kiçik qızı Katerina Tixonova isə 5,7 milyon rubl qazanıb. 

Bu barədə vergi bəyannamələrini əldə edən “Mı mojem obyasnit” Teleqram kanalı yazıb. Nəşr bu sənədləri Pensiya Fondundakı mənbənin köməyi ilə yoxladığını iddia edir.

Vorontsova bütün pullarını rəsmi olaraq nüvə təbabəti layihələrində ixtisaslaşan və özünün beş həmtəsisçidən biri olduğu “New Medical Company”də qazanır.

Tixonova iki yerdə maaş alır - 2012-ci ildən direktoru olduğu Milli İntellektual İnkişaf Fondu (fond “İnnopraktika” brendi altında fəaliyyət göstərir) və Lomonosov adına Moskva Dövlət Universitetində. Tixonovanın 2021-ci il üçün “İnnopraktika“dakı fəaliyyətindən gəliri 3,17 milyon rubl, Moskva Dövlət Universitetində - 2,45 milyon rubl təşkil edib. Telegram kanalı qeyd edir ki, Tixonovanın maaşı Moskva Dövlət Universitetinin prorektorunun gəlirindən bir qədər aşağıdır.

“Mı mojem obyasnit” yazır ki, bu müddət ərzində fond dövlət sifarişi almamasına baxmayaraq, “İnnopraktika”nın 2021-ci ildə gəliri 810 milyon rubl təşkil edib. “Yeni Tibb Şirkəti” də rəsmi olaraq dövlət tenderlərində iştirak etmir və böyük müqavilələr barədə məlumat vermir.

Vladimir Putinin 2021-ci ildəki gəliri, rəsmi bəyannaməsinə uyğun olaraq, 9,99 milyon rubl təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ