Kiyev Makronun təklifinə qarşı

Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik zəmanəti vermək təşəbbüsünə qarşı çıxıb.

Yermak bu barədə Le Monde nəşrinə müsahibəsində bildirib.

Dekabrın əvvəlində Makron Ukraynadakı münaqişə bitdikdən sonra formalaşacaq güc balansı, xüsusən də Avropanın “sabah yaşamaq istədiyi” yeni təhlükəsizlik arxitekturası haqqında düşünməyi təklif edib.

O, Rusiyanın NATO-nun “qapısına gələcəyi” qorxusunu da xatırladıb.

"İndi məndən Rusiyanın təhlükəsizlik zəmanətinə ehtiyacı olub-olmadığını soruşsanız, dərhal cavab verəcəm ki, buna qarşıyam", - Yermak Fransa liderinin təşəbbüsünü şərh edərkən deyib.

Prezident Aparatının rəhbəri Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsini və Kiyevə silah tədarükünün artırılmasını təklif edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ