Ukraynada müharibədə “Turan” taboru: onlar kimdir və hansı tərəfdən döyüşürlər?

Ukrayna ordusunda yeni yaradılmış “Turan” könüllü taboru Qafqaz, Orta Asiya və Rusiyadan olan türkdilli etnik qruplardan ibarətdir.

Bu barədə “The New York Times” nəşri yazır.

“Tabora vətənində və Əfqanıstanın Qəndəhar şəhərində Amerika bazalarında saç ustası işləyən Qırğızıstandan olan qaçqın Almaz Kudabek rəhbərlik edir. Qrupa azərbaycanlıları, tatarları və çinli uyğurları cəlb etdiyini deyən Kudabek Rusiyadakı türkdilli azlıqların marginallaşmasından, sıxışdırılmasından danışır. Onun sözlərinə görə, Moskva ədalətsiz olaraq, Rusiyanın ucqar və kasıb bölgələrindən, o cümlədən türkdilli etnik azlıqların məskunlaşdığı regionlardan hərbi çağırışçıları müharibəyə cəlb edib”, - nəşr yazır.

Könüllünün sözlərinə görə, onun bölməsinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə üzvləri təxribat missiyaları ilə keçə bilirlər və hətta özlərini Rusiya əsgərləri kimi göstərməyi bacarırlar.

“Biz sadəcə rusiyalılarla döyüşmək istəyirik. Biz onların nə olduğunu bilirik”, - deyə Kudabek əlavə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ