Vəziyyət çox iyrəncdir - “Kadırovçular” Ukraynadan video paylaşdılar

Ukraynaya göndərilən “kadırovçular” çətin vəziyyətdədirlər.

Bunu müxalif çeçen Telegram kanalı NIYSO-nun sərəncamında olan mobil telefonla çəkilmiş video sübut edir.

Kanalın müəlliflərinin fikrincə, Kadırovun muzdluları sözün əsl mənasında soyuqda və normal təchizat olmadan səngərlərdə sağ qalmağa çalışırlar.

Yayımlanan kadrlarda cəbhə xəttindəki iyrənc vəziyyətdən şikayətlənən çeçenlərin söhbəti əks olunub.

Çeçenistandan olan muzdlular haqqında video çəkiliş zamanı Ukrayna Silahlı Qüvvələrinin zirehli transportyoru atəş açır.

“Vəziyyət çox iyrəncdir. Zirehli transportyor bizə atəş açır. Uşaqlar, bizə atəş açırlar”, – çeçenlər deyir.

Çox güman ki, video Baxmut yaxınlığında qeydə alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ