Soledarda qanlı küçə döyüşləri - Ölənlər o qədərdir ki, onları heç kim saymır

Donetsk vilayətinin Soledar şəhəri yaxınlığında ukraynalı hərbçilər yaşayış məntəqəsinə nəzarət etmək üçün Rusiya işğalçı qüvvələri ilə ağır döyüşləri davam etdirirlər.

Soledarda döyüşən 46-cı Aeromobil Briqadasının ukraynalı əsgəri CNN-ə deyib ki, vəziyyət “kritik”dir və ölənlərin sayı o qədər çoxdur ki, “heç kim ölüləri saymır”.

CNN təhlükəsizlik səbəbi ilə onun adını açıqlamır.

“Vəziyyət kritikdir. Çətindir. Biz sona qədər dayanmışıq”, - deyə əsgər bildirib.

O, hər gün vəziyyətin dəyişdiiyini qeyd edib.

“Heç kim sizə nə qədər ölü və yaralı olduğunu deməyəcək. Çünki heç kim dəqiq bilmir. Heç kim. Hətta qərargah belə bilmir. Mövqelər daim ələ keçirilir və qaytarılır. Bu gün bizim evimiz sabah “Vaqner”in evi olur.

Hərbçi həmçinin bildirib ki, Rusiya ordusunun şəhərin hansı hissəsini tutduqları bəlli deyil: 

“Kimin hara köçdüyünü, kimin nəyi saxladığını dəqiq deyə bilmərəm, çünki heç kim dəqiq bilmir. Hər kəs iddia edir şəhərdə əraziyə nəzarət edir, lakin bu boş söhbətlərdir”.

Onun sözlərinə görə, ukraynalılar Soledarda xeyli əsgər itirib, lakin mədən şəhəri uğrunda döyüşlər davam etdiyi üçün ölənlərin sayları artır: “Bölmələrimizin şəxsi heyəti az-çox, demək olar ki, yarıya qədər yenilənib. Bir-birimizin adlarını xatırlamağa belə vaxtımız yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ