Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycandan sülh sazişi ilə bağlı təkliflərə hələlik heç bir cavab gəlməyib.

O, bu barədə çərşənbə axşamı mətbuat konfransı zamanı deyib.

“Proses belədir. Biz Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərimizi göndərmişik, lakin hələ də cavab almamışıq. Biz sülh müqaviləsi imzalamağa hazırıq və bunun üçün əlimizdən gələni edirik”, - deyə baş nazir bildirib.

Paşinyan əmin edib ki, sənədin hazır olması barədə mütləq məlumat verəcək.

Eyni zamanda, o qeyd edib ki, İrəvan bu sənəddən “Ermənistanın dövlət maraqlarına uyğun gəlmirsə” imtina edəcək.

“Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ