İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi

İran məhkəməsi ölkə parlamentinin keçmiş üzvü, qadın hüquqları müdafiəçisi, İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncaniyə hökm oxuyub.

Hökmə əsasən, Faezə Haşimi-Rəfsəncani beş il müddətinə azadlıqdan məhrum edilib.

Məlumatı Faezə Rəfsəncaninin vəkili Nida Şəmsi yayıb.

60 yaşlı qadına qarşı “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” və “mövcud hakim sistemə qarşı əks-təbliğat” ittihamları irəli sürülüb.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ