Soledarda bütün torpaq rusiyalıların cəsədlərindədir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahının bugünkü iclasında Baxmut və Soledarı Rusiya qoşunlarından müdafiə edən ukraynalı əsgərlərə təşəkkür edib.

“Bu son dərəcə çətindir - demək olar ki, bütöv divarlar qalmayıb... Orada, Soledarda əsgərlərimizin səbri sayəsində biz Ukrayna üçün əlavə vaxt və əlavə qüvvələr qazandıq. Bəs Rusiya orada nə qazanmaq istəyirdi? Hər şey tamamilə dağılıb, demək olar ki, həyat qalmayıb. Onların minlərlə adamı isə itkin düşüb: Soledar yaxınlığındakı bütün torpaq işğalçıların cəsədlərindədir. Dəlilik belə görünür”, - deyə Ukrayna prezidenti vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ