Ermənilər Azərbaycan hərbçilərindən kömək istəyən şəxsi öldürməyə çağırırlar

Ermənilər Azərbaycan hərbçilərindən kömək istədiyi üçün Toros Kazaryanı öldürməyə çağırırlar.

Onlar sosial şəbəkələrdə ötən gün Azərbaycan hərbçilərinin köməyi ilə Xankəndinə göndərilən Kazaryana qarşı təhdid və təhqir dolu yazılar dərc edirlər.

Qeyd edək ki, T.Kazaryan bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan ordusunun postlarından birinə yaxınlaşaraq ac olduğunu, üşüdüyünü, siqaret istədiyini deyərək kömək istəyib.

Qarabağın erməni sakini ərzaq və siqaretlə təmin edilib, ona qayğı ilə yanaşılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ