ABŞ prezidenti Co Bayden 2024-cü ildə yenidən seçilmək üçün hazırlıqlara başlayıb. Baydenin qərargahır bunu fevral və ya apreldə rəsmən elan etməyi planlaşdırır.
Bu barədə ABŞ-ın “The Hill” nəşri mənbələrə istinadən yazır.
Bildirilir ki, Bayden məsləhətçiləri rəqəmsal məkanda, xüsusən də mesajlaşma proqramlarında və sosial mediada kütləvi şəkildə iştirak edərək, əsas müttəfiqləri ilə görüşməyə başlayıblar. Eyni zamanda, bəzi demokratlar 80 yaşlı siyasətçinin yenidən prezidentlik uğrunda mübarizə aparacağına şübhə ilə yanaşırlar.
Oktyabr ayında Bayden vitse-prezident Kamala Harrisi ad günü münasibətilə təbrik edib və onu böyük prezident adlandırıb. “Bu yaxınlarda Kamala xanımın da ad günü idi. Onun 30 yaşı var. Dahi prezidentin ad günü mübarək!”, - Bayden deyib.