Orduya xəyanət: Şahzadə Harri Əfqanıstanda 25 nəfəri öldürməsini etiraf edib

2023-cü ilin əvvəlində Britaniya mətbuatında əsas xəbərlərdən biri şahzadə Harrinin 10 yanvarda satışa çıxarılacaq avtobioqrafik “Spare” (“Ehtiyat”) kitabından fraqmentlərin dərc olunması olub. “The Guardian” tərəfindən dərc edilən xatirələrdə mətbuatın diqqətini ilk olaraq Sasseks hersoqu və onun böyük qardaşı Uels şahzadəsi Uilyam arasında sonuncunun Harrinin həyat yoldaşı Meqan Marklı tənqid etdiyinə görə başlayan dava ilə bağlı olan hissə cəlb edirdisə, son günlər media diqqəti başqa bir epizoda yönəldib - məhz kral III Çarlzın kiçik oğlunun Əfqanıstanda xidməti zamanı 25 nəfərin öldürməsi ilə bağlı etirafına.

Şahzadə talibləri “şahmatçılar” kimi görürdü və indi də peşman deyil

“The Telegraph” qəzetinin istinad etdiyi Harrinin xatirələrinə görə (nəşr şahzadənin xatirələrinin ispandilli versiyasından sitat gətirir) bütün qətllər Harrinin Əfqanıstana ikinci səfəri zamanı, yəni 2012-2013-cü illərdə baş verib. Həmin Harri “Apache” döyüş helikopterinin pilotu kimi təlim keçib və Kral Hərbi Hava Qüvvələri kontingentinin tərkibində 20 həftə ərzində Əfqanıstanın Helmand əyalətindəki “Camp Bastion” bazasında olub.

Şahzadənin etirafına görə, o, altı müxtəlif missiya zamanı “insan həyatı almalı” olub. Bu gün bununla bağlı xatirələr müəllifin fikrincə, ona nə qürur, nə də utanc gətirmir. Harri bildirir ki, öldürməli olduğu döyüşlər zamanı onun heç ağlına da gəlmirdi ki, qarşısında canlı insanlar var, əksinə rəqibləri lövhədən sökülməsi lazım olan “şahmat fiqurları” kimi qəbul edirdi.

Hər dəfə bazaya qayıdanda o, missiyalar zamanı istifadə edilən “Apache” helikopterinin kamerasına çəkilmiş qətllərin videolarına baxırdı. Şahzadə özünü inandırdı ki, onun qarşısında “pis adamlar məhv edilib ki, yaxşıları öldürməyə vaxtları olmasın”. “İnsan olaraq gördüyünüz” birinin canını almaq mümkün deyil, lakin ordu bizə “onlarda “başqalarını” görməyi öyrətdi - və çox yaxşı öyrətdi”, - Harri deyir.

Mən ilk gündən qarşıma məqsəd qoydum ki, əgər etdiklərimdə şübhə yaranarsa, heç vaxt yatmağa uzanmayım... Baxmayaraq ki, yaxınlıqda heç bir mülki şəxs olmadan yalnız taliblərə atəş açırdım. Böyük Britaniyaya qollarım və ayaqlarım salamat qayıtmaq istəyirdim, lakin daha çox təmiz vicdanla Vətənə qayıtmaq istəyirdim.

Harrinin sözlərinə görə, döyüşçülər qurbanlarının dəqiq sayını yalnız “Apache” və noutbuklar dövründə” bilməyə başlayıblar – və bu bilikdən qorxmamaq ona vacib görünürdü: “Deməli, mənim sayım 25-dir. Bu məni məmnuniyyətlə doldurmur, lakin dilxor da etmir".

Şahzadə həmçinin İtonda tələbə olarkən 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzində törədilmiş terror aktlarının yayımını necə izlədiyi və daha sonra Birləşmiş Ştatlara səfəri zamanı bu hadisənin qurbanlarının ailələri ilə necə görüşdüyü barədə şəxsi xatirələrində mənəvi düzgünlük axtarıb. Bu cinayətləri , Harrinin fikrincə, yalnız “bəşəriyyətin düşməni” törədə bilərdi və onlara qarşı müharibə şahzadə üçün qisas aktı idi.

Etiraflar şahzadəni qisas hədəfinə çevirə bilər. Hərbçilər də narazıdırlar: Harri ordu kodunu pozdu və digər Britaniya əsgərləri üçün risk yaratdı

“The Telegraph” qeyd edib ki, 38 yaşlı Sasseks hersoqunun səmimiyyəti onun şəxsi təhlükəsizlik tədbirlərinin artırılması səbəb ola bilər: ekspertlər tərəfindən Harrinin “Talibana” qarşı döyüşlərdə iştirak etdiyinə görə onun terrorçuların hədəfinə çevrilməsi ilə bağlı qorxular ifadə olunub, cinayətləri birbaşa etiraf etməsi radikalların gözündə şahzadənin ovunu qanuniləşdirə bilər.

Şahzadə Harri hərbçi yoldaşları ilə birgə Əfqanıstanın Helmand əyalətindəki “Camp Bastion”da xidmət edərkən “Apache” helikopterini uçuşa hazırlayırlar. 21 yanvar 2013-cü il

John Stillwell / Camera Press / ROTA / Vida Press

Eyni zamanda, Böyük Britaniya Daxili İşlər Nazirliyi 2022-ci ildə ölkəyə səfəri zamanı Harri və ailəsini tam polis mühafizəsi ilə təmin etməyib (Harrinin ailəsi daimi olaraq ABŞ-da yaşayır). Buna görə şahzadə hətta şöbəyə qarşı iddia qaldırdı - və qalib gəldi. Sonra isə kral ailəsinin üzvü kimi şahzadəyə verilən müdafiədən Harri özü imtina etdi - Britaniya büdcəsindən ödənilən digər imtiyazlarla birlikdə. Onun vəkili eyir ki, Sasseks hersoqu “vətənində özünü təhlükəsiz hiss etmir”.

Britaniya ordusunun veteranları Harrinin açıqlamalarını tənqid ediblər. Belə ki, yanvarın 6-da “The Times” qəzeti Britaniya kontingentinin tərkibində 2003-cü ildə İraqa müdaxilədə iştirak etmiş tanınmış zabit, ordu polkovniki Tim Kollinz tərəfindən şahzadənin etiraflarına dair tənqidi qiymətləndirmə dərc edib. Hərbçilərin fikrincə, ordu bu cür açıqlamaları “xəyanət” kimi şərh edə bilər.

Kollins hesab edir ki, bu cür həssas məlumatlarla ictimaiyyətə çıxmaq üçün Harri komandasından “məsləhət” almalı idi. Onun fikrincə, ölən taliblərin sayını açıqlamaq “sadəlövhlükdür” – kralın oğlunu bu addıma sövq edən insanların motivləri barədə ancaq təxmin etmək olar.

Britaniya ordusunun digər istefada olan polkovniki Riçard Kamp “Sky News”a şərhində bildirib ki, Sasseks hersoqunun xatirələrindən olan bu fraqment onun şəxsi təhlükəsizliyi ilə yanaşı, həm də bu gün qaynar nöqtələrdə xidmət edən Britaniya əsgərləri üçün risklər yaradır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ