McDonald's Qazaxıstandan gedir

Food Solutions KZ LLP tərəfindən idarə olunan fast food restoranlar şəbəkəsi Qazaxıstanda McDonald's brendi altında fəaliyyətini dayandırır, şirkətin rəsmi saytında yerləşdirilən mesajda deyilir.

Səbəb kimi “təchizat məhdudiyyətləri” göstərilir.

“Fəaliyyətin bərpası və yeni adla yeni fast food restoranlarının açılışı vaxtı yaxın vaxtlarda açıqlanacaq. Keçid tarixindən sonra şirkətin işinin davam etdirilməsi ilə bağlı bütün suallarınızı cavablandıracağıq.

Qazaxıstanda McDonald's brendi altında ilk restoran 2016-cı ildə açılıb.

Qazaxıstanın aşağıdakı şəhərlərində 24 McDonald's restoranı açılıb: Almatı, Astana, Atırau, Aktobe, Kostanay, Karaqanda. Şəbəkədə 2000-ə yaxın insan işləyirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ