Qarabağa və Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, İrəvan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın yolunun “açmaq” istiqamətində daha substantiv addımlar gözləyir.
Paşinyan qeyd edib ki, “Azərbaycan məsələnin həlli üçün heç bir tədbir görmür”, “erməni tərəfi üçtərəfli bəyanatlara, Praqa razılaşmalarına sadiqdir”.