Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib ki, Ukrayna ordusu Rusiya qoşunlarına çoxsaylı itkilər verir və işğalçıları Baxmut yaxınlığındakı mövqelərdə darmadağın olunur.
“Bu gün mən Baxmut istiqamətində döyüşçülərimizi, xüsusən də “Şaman” xüsusi təyinatlı dəstəsini, habelə Ukraynanın Beynəlxalq Müdafiə Legionunun döyüşçüləri ilə birlikdə Luqansk dəstəsinin sərhədçilərini qeyd etmək istərdim. Düşmən çoxsaylı itkilər verdi və Baxmut yaxınlığındakı mövqeləri darmadağın olundu. Bu, yaxşı nəticədir və mən buna görə minnətdaram”, - Zelenski bildirib.
Ukrayna lideri həmçinin Kiyevə Qərb istehsalı olan tankların tədarükü ilə bağlı qərara görə Fransaya təşəkkür edib:
“Biz bu il Rusiyanın təcavüzünə son qoymalıyıq və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək heç bir müdafiə qabiliyyətini təxirə salmamalıyıq. Müasir Qərb zirehli maşınları, Qərb istehsalı olan tanklar belə əsas imkanlardan sadəcə biridir”, - deyə Ukrayna prezidenti bildirib.