Səudiyyə Ərəbistanında Ronaldonun sevgilisi ilə bağlı qalmaqal

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçən Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigezlə bu ölkədə necə yaşayacağı müzakirələrə səbəb olub.

Səudiyyə Ərəbistanı qanunlarına görə evli olmayan cütlüklər birlikdə yaşaya bilməz.

Bu səbəbdən Ronaldo və Corcina cütlüyünün birlikdə necə yaşayacağı mövzusu gündəmə gəlib. Lakin Səudiyyə Ərəbistanı mətbuatının yazdığına görə, ölkə hakimiyyəti onlara güzəşt edəcək. Amma bunun üçün “Əl Nəsr” klubu Corcinanı da rəsmi işə götürməlidir. Çünki qaydalara görə, rəsmi nikahda olmayan və ya hər hansı rəsmi işi olmayan xarici vətəndaş Səudiyyə Ərəbistanında yaşaya bilməz. Ona yalnız 90 günlük turist vizası verilir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ