Makeyevkada 63 Rusiya hərbçisi ölüb - RF Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada peşə məktəbinin binasına endirdiyi zərbə zamanı 63 hərbçinin öldüyünü təsdiqləyib.

Bu barədə bazar ertəsi, yanvarın 2-də idarənin mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.

Departamentdən bildirilib ki, obyekt HIMARS reaktiv yaylım atəş sisteminin raketləri ilə vurulub.

“Müvəqqəti yerləşdirmə məntəqəsinə yüksək partlayıcı döyüş başlığına malik dörd raketlə zərbə nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, - məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ