Avstraliyada iki helikopter toqquşub: dörd nəfər ölüb - video

Avstraliyanın Qold-Kost şəhərində iki helikopterin toqquşması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Kvinslend ştatının polisi məlumat yayıb.

Hadisə yanvarın 2-də yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 5:00) “Sea World” əyləncə parkının yaxınlığında baş verib. Polisin məlumatına görə, helikopterlərdən biri havaya qalxarkən, digəri isə eniş edərkən toqquşub.

Helikopterlərdən biri eniş edə bilib. Göyərtədə olan 6 nəfərdən 5-i yüngül xəsarət alıb. İkinci helikopterdə yeddi nəfər olub. 4 nəfər hadisə yerində ölüb, daha 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ