Yanvarın 1-nə keçən gecə Donetsk vilayətinin işğal edilmiş hissəsində Makeyevka şəhəri raket hücumuna məruz qalıb, nəticədə rusiyalı hərbçilərin yerləşdiyi 19 saylı peşə məktəbi dağıdılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti öz Telegram kanalında məlumat yayıb.
Agentliyin məlumatına görə, raket zərbəsi zamanı 400-ə yaxın adam ölüb, 300 nəfər yaralanıb. Ukrayna mətbuatı yazır ki, binada səfərbərliklə xidmətə çağırılmış rusiyalı hərbçilər olub. “Readovka” nəşri bildirir ki, zərbə HIMARS sistemlərindən endirilib.
Separatçı DXR-in nümayəndələri TASS xəbər agentliyinə zərbəni təsdiqləyərək, 15 nəfərin yaralandığını bildiriblər.