Ankara sülh əlini uzadarkən, Yunanıstan təxribatçı hərəkətlərini və gərginliyi artıran bəyanatlarını davam etdirir.
Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Bu, insanları çaşdırmaq üçün edilir. Türkiyə dövlətinin siyasəti göz qabağındadır. Yunanıstan beynəlxalq müqavilələri pozaraq adaları silahlandırır. İndiyə qədər heç bir təxribata icazə verməmişik, imkan verməyəcəyik”, - deyə Akar bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini demişdi.