Rusiya Yeni il gecəsi Ukraynanı raket atəşinə tutdu

Rusiya qoşunları Kiyevə və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirib.

Dekabrın 31-də bütün Ukraynada hava xəbərdarlığı elan edilib. Daha sonra Kiyev, Xarkov, Vinnitsa və Xerson vilayətlərində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Kiyev hakimiyyət orqanları şəhərin bir neçə rayonuna zərbələr endirildiyini açıqlayıb. İlkin məlumata görə, bir nəfər həlak olub, daha 20 nəfər, o cümlədən Yaponiyadan olan jurnalist yaralanıb. Raket zərbələri nəticəsində ölkənin ən böyük konsert məkanı olan “Ukrayna” Milli Sarayının binasının şüşələri qırılıb.

Raket zərbələri Zaporojye, Nikolaev, Kramatorskda da qeydə alınıb. Xmelnitski hakimiyyəti PUA hücumları zamanı dörd nəfərin yaralandığı barədə məlumat verib.

Ukraynanın bir sıra bölgələrində hücum təhlükəsi ilə əlaqədar elektrik enerjisi profilaktik olaraq kəsilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ