Türkiyədə restoranda partlayış : ölənlər - video

Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda dönərxanada partlayış baş verib.

Məlumata görə, hadisə Uzun Çarşıda yerləşən dönərxanaların birində olub. Bölgəyə çox sayda xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.

Nəticədə 7 nəfərin öldüyü, biri ağır olmaqla 5 nəfərin yaralandığı bildirilib.

Partlayışdan sonra içəridə olan 2 nəfər restoranın ikinci mərtəbəsindən özünü atıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ