Lavrov Bakı və İrəvan arasında sülh barədə danışdı

Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novostiyə müsahibəsində “Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi”, sualına cavabında bildirib.

O həmçinin qeyd edib ki, bu sualı danışıqları aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: “Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ