Serbiya prezidenti ordunu döyüş hazırlığı vəziyyətinə gətirdi

Serbiya Prezidenti və Serbiya Ordusunun Ali Baş Komandanı Aleksandr Vuçiç ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının “ən yüksək səviyyəsinə” gətirilməsini əmr edib. 

Bu barədə “Tanjuq” agentliyinə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib.

Vuçeviçin sözlərinə görə, bu qərar “ordunun Serbiyanın ərazi bütövlüyünü və suverenliyini qorumaq, Serbiyanın bütün vətəndaşlarını qorumaq və serblərə qarşı qırğın və terrorun qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri ən yüksək səviyyəyə qaldırır”.

Öz növbəsində, Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç bildirib ki, qurumun bütün bölmələri də, tam hazırlıq vəziyyətinə gətirilib. Onlar Baş Qərargah rəisinin əmrinə tabe olacaq və “əməliyyat planı ilə müəyyən edilmiş vəzifələri tutacaqlar”, idarə rəisi əlavə edib.

Serbiyanın müdafiə naziri iddia edir ki, ölkə prezidenti Kosovo və Metoxiyadakı vəziyyətə görə ordunun döyüş hazırlığını artırıb. Vuçeviç bildirib ki, qismən tanınan respublikanın hakimiyyət orqanları serblərə hücum etməyə hazırlaşır.

Serbiyanın “Veçerniye Novosti” nəşrinin məlumatına görə, Kosovo qüvvələri də döyüş hazırlığındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ