Rusiya prezidenti Vladimir Putin özünün Rusiyanın hərbi-sənaye komissiyasında yeni birinci müavini vəzifəsini yaradıb.
Bu vəzifəni Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tutacaq.
Müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Komissiyaya Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov da qoşulub.
Prezident dərhal komissiyanın kollegiyasına 10 nəfəri daxil edib və daha 14 iştirakçını onun tərkibindən kənarlaşdırıb.
Qeyd edək ki, hərbi-sənaye komissiyası 1999-cu ildə yaradılıb.