Belarusun İrəvandakı səfiri Aleksandr Konyuk Ermənistanın İttifaq dövlətinə qoşulma ehtimalından danışıb.
“İttifaq dövlətinin üçüncü ölkəsi yoxdur. Mən izlədim, erməni qardaşlarımızın necə reaksiya verdiklərini izlədim, onlar da məni dəstəklədilər”, - Konyuk bildirib.
Konyuk İttifaq dövlətinin mövcudluğunun əsas faktor olduğuna əminliyini ifadə edib.
“Putinin gəlişindən sonra S-400 və “İsgəndər” hava hücumundan müdafiə sistemləri döyüşə hazır vəziyyətə gətirildi. Üstəlik, Rusiya xüsusi silahlar daşıyan döyüş təyyarələrinin ekipajlarının hazırlanmasına kömək edir. Burada İttifaq dövləti çərçivəsində inteqrasiya prosesinin xüsusiyyətləri var. Sərhədimiz boyu hərbi bazalar yaradılır, ona görə də bizim Rusiya ilə başqa seçimimiz yoxdur”, - deyə səfir əlavə edib.