Ukrayna silahlı qüvvələri Kremennaya şəhərinin Severodonetsklə əlaqəsini kəsib - Rusiya müdafiəsinin dağılması gözlənilir. Ukrayna ordusu R-66 avtomobil yolunun Kremennayadan Severodonetskə qədər olan hissəsində nəzarəti tam ələ keçirib.
Bunu tanınmış hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Ukrayna SQ-nin bu yolun bir neçə hissəsində nəzarəti təsdiqləndikdən sonra Kremennaya bölgəsində Rusiya qoşunları üçün ciddi maddi-texniki təchizat problemi yaranıb.
“Bəli. Hələlik biz yalnız nəzarətdən danışırıq. Amma hər şey elə buradan başlayır. Əvvəlcə atəşə nəzarət, sonra fiziki nəzarət və ... Kremennaya azadlığa bir addım daha yaxındır, bu o deməkdir ki, Ukrayna silahlı qüvvələri burada Rusiya müdafiəsinin dağılmasına bir addım daha yaxındır”, - Kovalenko deyib.