“Taliban” Əfqanıstanda qadınlara daha bir qadağa qoydu

“Taliban” tərəfindən yaradılmış Əfqanıstan hökuməti ölkədə qadınların qeyri-hökumət təşkilatlarına işə getməsini qadağan edib.
Əfqanıstanda 

Associated Press yazır ki, QHT-lərdən qadınları işə götürməyi dayandırmaq da tələb olunub.

Hökumət qadağanı bu təşkilatların bəzi işçilərinin müsəlman geyim kodunun Taliban şərhinə uyğun geyinməməsi ilə izah edib.

BMT qadağa ilə bağlı xəbərlərdən “dərin narahatlığını” ifadə edib və tədbiri pisləyib.

“Əfqanıstandakı BMT və onun tərəfdaşları...ölkənin faktiki hökmdarlarına xatırladır ki, qadınların öz müqəddəratını həll etmək səlahiyyətindən, onları hüquqlarından məhrum etmək, ictimai və siyasi həyatın bütün aspektlərindən sistematik şəkildə kənarlaşdırmaq ölkəni geriyə aparır və dəyərsizləşdirir”, - bəyanatda deyilir.

Yeni məhdudiyyət geniş beynəlxalq rezonansa səbəb olan universitetlərdə qadınların qəbuluna tətbiq olunan qadağadan bir neçə gün sonra elan edildi.

Dekabrın 24-də qərbdəki Herat şəhərində onlarla qadın universitetlərə qəbulun qadağan olunmasına etiraz edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ