Rusiya Ukrayna ilə müharibəyə 40 minə yaxın məhbus göndərib - ABŞ

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukraynadakı “Vaqner” özəl hərbi şirkətin (ÖHŞ) döyüşçülərinin təxminən 90%-i müharibədə iştirak etmək üçün cəlb edilmiş məhbuslar ola bilər. Bu barədə CNN məlumat yayıb.

Kirbinin sözlərinə görə, Ukraynada ÖHŞ-lərin döyüşçülərinin ümumi sayı 50 min nəfərə çata bilər ki, onların da təxminən 40 mini keçmiş məhbuslar ola bilər. Strateji kommunikasiyalar koordinatoru həmçinin əlavə edib ki, ABŞ-ın məlumatına görə, təkcə son həftələrdə Ukraynada minə yaxın ÖHŞ döyüşçüsü öldürülüb, onların 90%-i keçmiş məhbuslardır.

Kirbi həmçinin bildirib ki, “Vaqner” ÖHŞ Ukraynadakı fəaliyyətini maliyyələşdirmək üçün ayda təxminən 100 milyon dollar xərcləyir.

Rusiya həbsxanalarında məhbusların Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb edilməsi 2022-ci ilin yayında məlum olub. ÖHŞ-in təsisçisi Yevgeni Priqojin məhbusları müharibəyə cəlb etmək üçün şəxsən bəzi həbsxanalara baş çəkib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ