Roqozin Donetskdə yaralandı - video

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozininin ad gününü qeyd etdiyi restoran atəşə tutulub.

Hadisə Ukraynanın Donetsk bölgəsində baş verib.

Kürəyindən yaralanan “Roskosmos”un keçmiş rəhbəri xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Lakin atəş açılan restoranda ölən və yaralılar da olub. Yerli “Telegram” kanallarının məlumatına əsasən, restoranın atəşə tutulması nəticəsində qondarma “DXR” hökumətinin sədri Vitali Xotsenko yaralanıb, onun mühafizəçisi ölüb.

Qeyd edək ki, Dmitri Roqozin bir müddət Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri də olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ