Biz qalib gələcəyik - Zelenski ABŞ Konqresində çıxış etdi

Biz artıq qalibik — çünki qorxmuruq. Rusiya tiranlığı bizim üzərimizdə nəzarəti itirib. Rusiyalılar yalnız öz fikirlərində Kremli məğlub edəndən sonra azad olacaqlar. BU sadəcə ərazi uğurnda döyüş deyil — bu, bizim uşaqlar və nəvələrimizin hansı dünyada yaşayacaqlarını müəyyənləşdirəcək. Onu dondurmaq və təxirə salmaq olmaz.

Dünya bir-birinə çox bağlıdır, heç kim kənarda dayana bilməz. ABŞ qoşunları 1944-cü ilin Milad bayramında nasistlərə qarşı vuruşurdular, və indi bizim qoşunlarımız Rusiyaya qarşı eyni şəkildə döyüşür. Ukrayna dayanır və heç vaxt təslim olmayacaq. Biz heç vaxt Amerika əsgərlərindən bizim üçün döyüşməyi xahiş etməmişik - Ukrayna hərbçiləri ABŞ tanklarına və təyyarələrinə özləri nəzarət edə bilirlər. Ancaq maddi dəstəyiniz çox vacibdir. Bu, xeyriyyəçilik deyil, qlobal təhlükəsizliyə və demokratiyaya sərmayədir.

Rusiya istəsə, təcavüzü dayandıra bilər. Lakin o, Kreml tərəfindən zəhərlənib və ondan sülhə doğru addımlar gözləmək sadəlövhlük olardı. Rusiyaya müharibənin nəticələrini hiss etdirmək üçün sanksiyaları artıra bilərsiniz. Gəlin bunu edək. İki gündən sonra Milad bayramını şam işığında keçirəcəyik. Romantik olduğuna görə yox, elektrik enerjimiz olmayacaq. Amma biz şikayət etmirik. Ruhumuzun işığı sönməz. Baxmutlu hərbçilərin göndərdikləri bayrağı sizə təqdim edirəm. Mübarizəmizi davam etdiririk və qalib gələcəyik, çünki hamımız birik. Allah ordumuzu qorusun, Allah ABŞ-ı qorusun. Milad bayramınız mübarək. Ukraynaya şöhrət.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ