Zelenski Vaşinqtona yola düşüb. O ABŞ Konqresində çıxış edəcək

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 21-də Vaşinqtona səfər edəcək. Burada, o, Co Baydenlə görüşəcək və ABŞ Konqresində çıxış edəcək, 
Bu barədə CNN məlumat yayıb.

Zelenski müharibə başlayandan ilk dəfə Ukraynadan kənara səfər edəcək. Ukrayna və ABŞ rəsmiləri onun səfəri ilə bağlı məlumatı şərh etmirlər.

CNN-nin mənbələrinə görə, Zelenskinin səfəri zamanı ABŞ prezidenti Ukraynaya 1,8 milyard dollar məbləğində əlavə yardımı açıqlayacaq. “Associated Press” nəşri yazır ki, yeni yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri üçün yüksək dəqiqlikli idarə olunan raketlər daxil olacaq.

Beləliklə, ölkəyə hərbi yardımın ümumi məbləği təxminən 20 milyard dollar təşkil edəcək. Eyni zamanda, ABŞ-ın gələn il üçün büdcəsində Ukrayna və NATO müttəfiqlərinə təxminən 45 milyard dollar məbləğində yardım nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ