Putin Ukrayna ilə müharibə zonasına getdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı “xüsusi hərbi əməliyyat zonasına” səfəri ilə bağlı məlumatı təsdiqləyib. 

Bu barədə o, “Rossiyskaya qazeta”ya məlumat verib.

Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev öz Telegram kanalında Putinin “xüsusi hərbi əməliyyat zonasına” səfər etdiyini açıqlamışdı.

“Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, - Kreml sözçüsü deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ