Zelenski Saakaşvili üçün Gürcüstana müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan xalqına müraciət edib.

Müraciət eks-prezindent Mixail Saakaşviliyə görə olub.

Zelekski bildirib ki, o, Gürcüstandakı bütün dostlarına və sadəcə vicdanlı insanlara müraciət edir:

“Yəqin ki, indi hamı Mixail Saakaşvilinin səhətinin vəziyyətini görə bilərdi. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ